Hikmət Hacıyev NATO-nun Daimi Nümayəndələri ilə görüşüb
Prezidentin köməkçisi – Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev Azərbaycanda səfərdə olan NATO Üzv Dövlətlərinin Daimi Nümayəndələri ilə görüşüb.
Zeferinfo.az xəbər verir ki, bu barədə Hikmət Hacıyev özünün “X” hesabında məlumat verib.
“Azərbaycana sahə tədqiqatı səfərində olan NATO Üzv Dövlətlərinin Daimi Nümayəndələri ilə görüşdüyümə görə şadam. Biz uğurlu və faydalı NATO-Azərbaycan tərəfdaşlığını geniş formada müzakirə etdik və regional təhlükəsizlik məsələləri barədə, eləcə də Azərbayca-Ermənistan sülh gündəliyi haqqında fikir mübadiləsi apardıq” Prezidentin köməkçisi qeyd edib.