Hikmət Hacıyev: Bakı və Moskva arasındakı münasibətlər normallaşıb

Hikmet Haciyev: Baki ve Moskva arasindaki munasibetler normallasib

Azərbaycan Prezidentinin köməkçisi – Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev Bakı və Moskva arasındakı münasibətlərin normallaşdığını bildirib.

Zeferinfo.az xəbər verir ki, bu barədə Hikmət Hacıyev Brüsselə səfəri çərçivəsində "EU Today"ə müsahibəsində deyib.

Onun sözlərinə görə, Azərbaycan mülki təyyarəsinin vurulmasından sonra yaranmış müəyyən anlaşılmazlıq sonradan Duşanbədə keçirilən görüşdə müzakirə olunub:

"Azərbaycan Rusiya tərəfindən rəsmi üzr, tam istintaq, məsul şəxslərin cəzalandırılması və kompensasiya tələb edib. Bu məsələlər həll edildikdən sonra biz anlaşılmazlıq səhifəsini bağlayır və iki ölkə arasında normal qonşuluq münasibətlərini davam etdiririk".

Back To Top