Hikmət Hacıyev ABŞ-da keçirdiyi görüşlərdə 907-ci düzəlişin ləğv edilməsinin vacibliyini bildirib

Azərbaycan Respublikası Prezidentinin köməkçisi - Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev ABŞ-da senator Stiv Deyns və Nümayəndələr Palatasının Xarici İşlər Komitəsinin sədri, konqresmen Brayan Mast ilə görüşüb.
Zeferinfo.az xəbər verir ki, bu barədə Azərbaycanın ABŞ-dakı səfirliyi məlumat yayıb.
Hikmət Hacıyev 907-ci düzəlişin ləğv edilməsinin vacibliyini qeyd edib və Azərbaycana səfər üçün dəvət ünvanlayıb.
