Hərbi vəzifəlilərlə çöl şəraitində praktiki məşğələlər keçirilib - VİDEO 3

Herbi vezifelilerle col seraitinde praktiki mesgeleler kecirilib - VIDEO     3
Müdafiə Nazirliyinin illik hazırlıq planına əsasən, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti ilə birgə keçirilən tədbirlər çərçivəsində xüsusi təyinatlı hərbi hissələrin birində ehtiyatdan çağırılan bir qrup hərbi vəzifəlilərin iştirakı ilə keçirilən təlim toplanışı başa çatıb.

Maarifləndirici söhbətlər və təhlükəsizlik qaydaları

Müdafiə Nazirliyindən Zeferinfo.az-a verilən məlumata görə, hərbi vəzifəlilərlə maarifləndirici söhbətlər aparılıb, onlara təhlükəsizlik qaydaları çatdırılıb, eləcə də asudə vaxtlarının səmərəli təşkili üçün mədəni-kütləvi tədbirlər keçirilib.

Atıcı silahlar və hərbi avadanlıqlarla tanışlıq

Təlim mərkəzində keçirilən praktiki məşğələlər zamanı iştirakçılar xüsusi təyinatlı bölmələrin arsenalında olan atıcı silahlar və bəzi hərbi avadanlıqlarla tanış olduqdan sonra onların istifadə qaydalarını öyrənərək məşq edib, eləcə də atıcı silahlardan praktiki atış çalışmalarını yerinə yetiriblər.

Taktiki və kəşfiyyat hazırlığı məşğələləri

Sonra tədris proqramına müvafiq olaraq toplanışa cəlb edilmiş heyət ilə taktiki və kəşfiyyat hazırlıqları üzrə məşğələlər keçirilib.

Əraziyə çıxış və gizli hərəkət texnikaları

Praktiki məşğələlər zamanı iştirakçılar təyin edilmiş əraziyə çıxış, qruplar halında gizlin hərəkət etmə üsulları, düşmən obyektinə yaxınlaşma, pusqunun qurulması və şərti düşmən texnikasının şəxsi heyətlə birgə ələ keçirilməsi, eləcə də digər təlim tapşırıqlarını icra ediblər.