Hərbi sahədə elmi innovativ yanaşmaların rolu müzakirə olunub
Bu barədə Zeferinfo.az-a Hərbi Prokurorluqdan məlumat verilib.
Bildirilib ki, müasir təhlükəsizlik baxışlarının yenilənməsi və hərbi sahədə elmi-innovativ yanaşmaların rolunun dərinləşdirilməsinə həsr olunan tədbirdə Baş prokurorunun müavini - Hərbi prokuror Bəhruz Əhmədov çıxış edib.
O, çıxışı zamanı müasir elmi-texnloji inkişaf fonunda Azərbaycanın müdafiə konsepsiyasında bilik, texnologiya və intellektual resursların tətbiqinin sevindirici hal olmasını, bu sahəyə diqqəti daha da artırmağın vacibliyini qeyd etməklə, "Elm və innovasiyanın çağdaş hərbi gücün əsaslarından birinə çevrilməsi" mövzusunda təşkil olunan tədbirin xüsusi əhəmiyyətini qeyd edib.
Daxili işlər nazirinin müavini - Daxili Qoşunların komandanı general-leytenant Şahin Məmmədov bu kimi tədbirlərin keçirilməsində Hərbi Prokurorluğun təşəbbüsü və iştirakını müsbət qiymətləndirib.
Habelə tədbirin gedişində Hərbi İnstitutun zabit və müəllim heyəti ilə PUA sistemlərinin inkişaf tendensiyaları, rəqəmsal döyüş idarəçiliyinin tətbiqi, kibermüdafiə imkanlarının genişləndirilməsi, əməliyyat məlumatlarının süni intellekt vasitəsilə emalı və risklərin qabaqcadan proqnozlaşdırılması mövzularında müzakirələr aparılıb, iştirakçıların bu istiqamətlərdə təklifləri dinlənilib.