Hərbi qulluqçuların asudə vaxtı səmərəli təşkil olunur
Azərbaycan Ordusunda hərbi qulluqçuların asudə vaxtı səmərəli təşkil edilir.
Müdafiə Nazirliyinin mətbuat xidmətindən Zeferinfo.az-a verilən məlumata görə, plana uyğun olaraq, Gəncə Qarnizonu İdeoloji və Mədəniyyət Mərkəzinin səyyar-təşviqat qrupu bir neçə hərbi hissədə mədəni-kütləvi tədbir keçirib.
Əvvəlcə xalqımızın Ümummilli Lideri Heydər Əliyevin və Vətənimizin müstəqilliyi, ərazi bütövlüyü uğrunda şəhid olanların xatirəsi bir dəqiqəlik sükutla anılıb, Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib.
Tədbirlər çərçivəsində şəxsi heyətə hərbi-vətənpərvərlik mövzusunda film nümayiş olunub, həmçinin mərkəzin yaradıcı heyəti konsert proqramı ilə çıxış edib.
Bundan başqa, Vətən müdafiəçiləri “Əsgərə məktub” layihəsi çərçivəsində vətəndaşların onlara ünvanlandığı məktubları böyük maraqla oxuyublar.