Hərbi Prokurorluqda Heydər Əliyevin xatirəsi anıldı

Herbi Prokurorluqda Heyder Eliyevin xatiresi anildi

Dekabrın 9-da Hərbi Prokurorluqda Heydər Əliyevin vəfatının 21-ci ildönümü ilə bağlı anım mərasimi keçirilib.

Zeferinfo.az xəbər verir ki, tədbirdən əvvəl mərasim iştirakçıları Heydər Əliyevin və şəhidlərimizin xatirələrini bir dəqiqəlik sükutla anıb.

Mərasimdə çıxış edən Baş prokurorun müavini - Hərbi prokuror, ədliyyə general-leytenantı Xanlar Vəliyev Heydər Əliyevin Azərbaycan tarixindəki və beynəlxalq arenadakı rolundan, o cümlədən demokratik, hüquqi dövlət quruculuğundakı fəaliyyətindən bəhs edib.

Bildirilib ki, dövlət başçısı İlham Əliyevin rəhbərliyi ilə son 21 il ərzində ölkəmizdə misilsiz işlər görülüb, çoxşaxəli köklü islahatlar həyata keçirilib.

Daha sonra Milli Məclisin deputatları Vasif Qafarov, Səbinə Salmanova, Tural Gəncəliyev, Nigar Məmmədova, Pərvanə Vəliyeva və digərləri çıxış ediblər.