Hərbi Prokurorluq bir sıra cinayətlərdə ittiham olunan zastava rəisi barədə qərardan şikayət verib
Cəlilabad Hərbi Məhkəməsində noyabrın 27-də Cinayət Məcəlləsinin 329.2.1, 329.2.2 və 329.3-cü maddələri ilə təqsirləndirilən şəxs, Dövlət Sərhəd Xidmətinin 2003 nömrəli hərbi hissəsinin hərbi qulluqçusu, kapitan Səfəralıyev Mahmud Hikmət oğlunun barəsində həbs qətimkan tədbirinin seçilməsinə dair təqdimata baxılmış və təqsirləndirilən şəxsin barəsində həbs qətimkan tədbirinin seçilməsi üçün qanunda nəzərdə tutulmuş prosessual əsaslar müəyyən edilmədiyindən məhkəmənin həmin tarixli qərarına əsasən təqdimat rədd edilərək M.H.Səfəralıyev dərhal məhkəmə iclas zalında həbsdən azad edilib.
Bu barədə Zeferinfo.az-a Cəlilabad Hərbi Məhkəməsindən bildirilib.
"Qəbul edilmiş həmin qərarın iş üzrə yekun məhkəmə qərarı olmadığı, prosessual məcburiyyət tədbirinin tətbiqi ilə bağlı məsələyə baxılarkən şəxsin təqsirlilik məsələsinin həll olunmadığı nəzərə alınmalıdır", məlumatda deyilir.