Hərbi prokurora böyük köməkçi təyin edilib
Zeferinfo.az-a Hərbi Prokurorluqdan daxil olan məlumata əsasən, Şəmkir hərbi prokurorunun müavini, ədliyyə polkovnik-leytenantı Azər Mehdiyev vəzifəsindən azad edilərək, Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin böyük prokuroru vəzifəsinə təyin olunub.
İstintaq İdarəsinin mühüm işlər üzrə müstəntiqi, ədliyyə mayoru Elxan Salamzadə isə Şəmkir hərbi prokurorunun müavini vəzifəsinə gətirilib.