Helikopterlə vəhşi heyvanların peyvəndlənməsi aparıldı - VİDEO

Fövqəladə Hallar Nazirliyi, Kənd Təsərrüfatı Nazirliyi və Qida Təhlükəsizliyi Agentliyinin birgə təşkilatçılığı ilə ətyeyən vəhşi heyvanlar arasında quduzluq xəstəliyinə qarşı növbəti peyvəndləmə aparılıb.
Zeferinfo.az xəbər verir ki, bu barədə FHN-in Mətbuat xidməti məlumat yayıb.
Nazirliyin Aviasiya dəstəsinin helikopteri vasitəsilə aparılan peyvəndləmə ümumilikdə Şamaxı, İsmayıllı, Qəbələ, Oğuz, Şəki, Qax, Zaqatala, Balakən rayonları ərazisində kəndətrafı meşəlik sahələrdə həyata keçirilib.
Qeyd edilib ki, peyvəndləmə məqsədilə uçuşların davam etdirilməsi nəzərdə tutulur.