Həbsdə olan sabiq tabor komandirinin şikayətinə baxılacaq

Hebsde olan sabiq tabor komandirinin sikayetine baxilacaq

Müdafiə Nazirliyinin hərbi hissəsinin rüşvət almaqda və mənimsəmədə təqsirləndirilən sabiq tabor komandiri Elnur Əliyevin barəsində olan hökmdən verdiyi kassasiya şikayəti üzrə məhkəmə keçiriləcək.

Zeferinfo.az xəbər verir ki, kassasiya şikayəti Ali Məhkəmənin hakimi Ələsgər Novruzovun icraatına verilib.

Məhkəmənin baxış iclası fevralın 11-nə təyin olunub.

Qeyd edək ki, Bakı Hərbi Məhkəməsinin ötən il mayın 22-də çıxardığı hökmə əsasən, Elnur Əliyev 5 il müddətinə azadlıqdan məhrum edilib.

O, məhkəmə zalında həbs olunub. Bakı Apellyasiya Məhkəməsi hökmü qüvvədə saxlayıb.

Elnur Əliyevə Cinayət Məcəlləsinin 311.2-ci (vəzifəli şəxs tərəfindən qanunsuz hərəkətlərə görə rüşvət alma), 179.1-ci (mənimsəmə və ya israf etmə) maddəsi ilə ittiham verilib.

Məhkəmə onun ittiham olunduğu mənimsəmə epizodu üzrə ona cəza təyin etməyib. Həmin hissə hökmdən xaric edilib.