Həbs olunmuş şəxsin gizlətdiyi 8 qumbara tapılıb

Hebs olunmus sexsin gizletdiyi 8 qumbara tapilib
Ədliyyə Nazirliyinin Penitensiar xidmətinin əməliyyat aparatı Daxili İşlər Nazirliyinin əməkdaşları ilə birgə əməliyyat keçirib.

Ədliyyə Nazirliyinin Mətbuat xidmətindən Zeferinfo.az-a  verilən məlumata görə, əməliyyat-axtarış tədbiri nəticəsində həbs olunmuş şəxs tərəfindən Lənkəran rayonu, Yuxarı Nüvədi qəsəbəsi ərazisində istifadəsiz binanın içərisində basdırılaraq gizlədilmiş 8 ədəd "F-1" əl qumbarası və 8 ədəd partladıcı aşkar edilərək götürülüb.

Faktla bağlı araşdırma aparılır.