Hava Nəqliyyatında Baş Gömrük İdarəsində görüş keçirilib

Hava Neqliyyatinda Bas Gomruk Idaresinde gorus kecirilib

Mayın 26-da Dövlət Gömrük Komitəsi rəhbərliyinin iştirakı ilə Hava Nəqliyyatında Baş Gömrük İdarəsində görüş keçirilib.

Görüşdə Baş İdarədə xidmətin təşkilinə dair müzakirələr aparılıb, Gömrük Xidmətinin Fəaliyyət Proqramında nəzərdə tutulan strateji hədəflərin icrası istiqamətində görülən işlər, qarşıda duran məsələlərlə bağlı məlumat verilib.

Qeyd olunub ki, gömrük əməliyyatlarının asan və sürətli şəkildə reallaşdırılması, xidmət səviyyəsinin yüksəldilməsi, şəffaflığın və məmnunluğun artırılması sahəsində zəruru tədbirlər görülüb və bu istiqamətlər üzrə davamlı fəaliyyət həyata keçirilməlidir.

Görüş zamanı vurğulanıb ki, xidmətlərin əlçatanlığının, gömrük-biznes münasibətlərində qarşılıqlı etimadın artırılması, könüllü riayət prinsipinin gücləndirilməsi, eləcə də sərnişinlərin keçirdikləri mallar üzrə gömrük nəzarətinin, həmçinin ünsiyyətin yüksək səviyyədə təşkil olunması hər zaman diqqətdə saxlanılmalıdır.  

Sonda Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi sədrinin müvafiq əmrləri ilə təltif olunmuş Hava Nəqliyyatında Baş Gömrük İdarəsinin xidmətdə fərqlənən bir qrup əməkdaşına təltiflər və fəxri fərmanlar təqdim edilib.