Deputatlığa namizəd Orxan Əliyev

Deputatliga namized Orxan Eliyev

Orxan Əliyev Heybət oğlu 28 dekabr 1986-cı ildə Sumqayıt şəhərində doğulub. Sözügedən şəhərdə 34-saylı məktəbi bitirib. “Odlar Yurdu” Universitetində hüquqşünaslıq ixtisası üzrə təhsil alıb. 2021-ci-ildən Vəkillər Kollegiyasının üzvü kimi Sumqayıt Regional Vəkil Bürosunda vəkil vəzifəsində çalışır. Həmin fəaliyyəti dövründə ədalətlilik, qərəzsizlik, obyektivlik və vicdanlılıq  prisiplərinə riayət edərək cəmiyyətə faydalı olub. Belə ki, bu illər ərzində Birinci Qarabağ müharibəsinin, həmçinin Ali  Baş Komandan  İlham Əliyevin rəhbərliyi ilə bizə qələbə qazandıran İkinci Qarabağ savaşının iştirakçıları və bu müharibələrdə  şəhid olan soydaşlarımızın  ailə üzvlərinə təmənnasız hüquqi yardım göstərməyi özünə borc bilib.

O. Əliyev 43 saylı Sumqayıt ikinci seçki dairəsindən deputatlığa namizəddir:

"Hörmətli seçicilər!  Azərbaycan Respublikası Milli Məclisinə deputat seçiləcəyim halda  aşağıda göstərilən  problemlərin həlli ilə bağlı layihələrin hazırlanıb Milli Məclisə təqdim edilməsinə təşəbbüs göstərəcəyəm:

-Şəhid ailələrinin Qarabağ müharibəsi  əlillərinin və veteranlarının  müavinətlərinin, pensiyalarının miqadarının artırılması, həmin qrupa daxil olan şəxslərə nəqliyyatda, ictimai iaşə yerlərində və həyatın müxtəlif sahələrində dövlət  güzəştlərinin edilməsi;
-Əlilliyi olan şəxslərin sosial təminatının artırılması və onların işlə təmin edilməsi;
-Pensiya yaşının azaldılması və pensiya yaşına çatmış şəxslərin həyat şəraitinin yaxşılaşdırılması üçün müxtəlif güzəştlərin edilməsi;
-Gənc ailələrin  həyat şəraitinin yaxşılaşdırılmasının  dövlət tərəfindən təmin edilməsi;
-Uşaq pulunun  müəyyən  edilməsi;
-Çox uşaqlı ailələrin evlə təmin edilməsi.
Bir daha vurğulamaq istəyirəm ki, Sumqayıt  şəhərində dünyaya gəlmişəm və hazırda burada yaşayıram. Deputatlığa namizədliyimi irəli sürdüyüm 43 saylı Sumqayıt ikinci seçki dairəsi mənə doğma və tanış olan 9, 10, 13-cü mikrayonları,  44-cü məhəllə və Novruz qəsəbəsini əhatə edir. Məni digər namizədlərdən fərqləndirən əsas xüsusiyyət budur ki, sözügedən ərazidə böyümüşəm  və burada yaşadığım üçün ərazinin problemlərini və həmin problemlərin həlli yolunu vəkil olaraq yaxşı bilirəm. 
SƏS VERİN Kİ, SƏSİNİZ OLUM!"