Hakan Fidan və Sergey Lavrov arasında telefon danışığı olub

Hakan Fidan ve Sergey Lavrov arasinda telefon danisigi olub

Türkiyənin xarici işlər naziri Hakan Fidanla rusiyalı həmkarı Sergey Lavrov arasında telefon danışığı olub.

Zeferinfo.az  “Milliyet”ə istinadən xəbər verir ki, bu barədə Xarici İşlər Nazirliyindəki mənbələrdən məlumat verilib.

Telefon danışığında Rusiya və Ukrayna arasında aparılan danışıqlarla bağlı son vəziyyət müzakirə olunub.

Xatırladaq ki, Rusiya və Ukrayna 16 may, 2 iyun və 23 iyul tarixlərində Türkiyənin ev sahibliyi ilə üç dəfə görüşüblər. Danışıqların üçüncü raundundan sonra xarici işlər naziri Hakan Fidan tərəflərin İstanbulda yenidən görüşməyə maraqlı olduqlarını bildirib. O, həmçinin ABŞ-nin prezidenti Donald Trampın prosesə maraq göstərdiyini qeyd edərək, üç lider arasında İstanbulda potensial görüş keçirməyi təklif edib.