Hakan Fidan: Qəzzada atəşkəsin davamlı sülhə çevrilməsi üçün səylərimizi davam etdirəcəyik

Hakan Fidan: Qezzada ateskesin davamli sulhe cevrilmesi ucun seylerimizi davam etdireceyik

Türkiyə Qəzzada atəşkəsin davamlı sülhə çevrilməsi üçün səylərini davam etdirəcək.

Zeferinfo.az xəbər verir ki, bunu Türkiyənin xarici işlər naziri Hakan Fidan yanvarın 15-də keçirdiyi mətbuat konfransında deyib.

Onun sözlərinə görə, Qəzzada baş verən hadisələr 2025-ci ilin ən ağır gündəmini təşkil edib:

"Bu gün qlobal idarəetmə sistemi Qəzzadakı vəziyyətə görə sinifdə qalıb. Biz qarşıdakı dövrdə atəşkəsin davamlı sülhə çevrilməsi üçün səy göstərməyə davam edəcəyik".