Hacı Əliyev karyerasını başa vurub
65 kq çəki dərəcəsində mübarizə aparan sərbəst güləşçi Hacı Əliyev peşəkar karyerasını bitirib.
Zeferinfo.az xəbər verir ki, o bu barədə sosial şəbəkə hesabında "Son" başlığı ilə paylaşım edib:
"Əziz doğma xalqım. Artıq uzun illərdir ki, çoxlu qələbələr gətirmişəm və hər dəfə qələbə qazanıb bayrağımız ən zirvələrə qaldırmaq və himnimizi səsləndirmək mənim üçün böyü şərəf olub".
Hacı Əliyev Paris-2024 Olimpiadasında 1/4 finalda İzmail Muszukayevə məğlub olaraq (3:10) çıxışını başa vurub.