Gürcüstanlı səyyahların Azərbaycanın azad edilmiş ərazilərinə səfəri başlayıb
Gürcüstanlı səyyahların Azərbaycanın işğaldan azad edilmiş ərazilərinə səfəri başlayıb.
Zeferinfo.az "Report"a istinadən xəbər verir ki, 30 nəfərdən ibarət səyyah qrupu regionda aparılan tikinti-bərpa işləri, tarixi abidələrlə tanış olacaq, həmçinin Ermənistanın işğal illərində törətdiyi dağıntıların və vandalizm aktlarının şahidi olacaqlar.
Səfərin ilk günündə turistlər Azərbaycanın mədəniyyət paytaxtı olan Şuşa şəhərinə yollanacaqlar. Oktyabrın 18-də Ağdam şəhərinə səfər olacaq.
Qeyd edək ki, Gürcüstandan Azərbaycana gələn səyyahların azad edilmiş ərazilərə səfəri oktyabrın 22-də başa çatacaq.