Gürcüstandan Azərbaycana gətirilən kartofda parazitlər aşkarlanıb

Gurcustandan Azerbaycana getirilen kartofda parazitler askarlanib
Gürcüstandan Azərbaycana idxal olunan 24,5 ton kartofda gövdə nematodu (bitkilərin gövdəsinə girib onları zədələyən mikroskopik parazit qurdcuq) aşkarlanıb.

Bu barədə Zeferinfo.az-a  Azərbaycan Qida Təhlükəsizliyi Agentliyindən (AQTA) məlumat verilib.

Bildirilib ki, "Foreign Fruit" MMC-nin Gürcüstandan idxal etdiyi "Yunion Export 2024" müəssisəsinin istehsalı olan ümumi çəkisi 24,5 ton ərzaqlıq kartof məhsulu fitosanitar müayinə və ekspertiza aparılması məqsədilə laborator müayinəyə cəlb edilib.

Sınaq nəticəsində məhsul partiyasında karantin tətbiq edilən kartof gövdə nematodu aşkarlanıb.

Məhsul partiyası Azərbaycanın idxal tələblərinə, o cümlədən qüvvədə olan texniki və hüquqi normalara cavab vermədiyi üçün gömrük ərazisinin hüdudlarından kənara çıxarılması, utilizasiyası və ya məhv edilməsi barədə qərar qəbul edilib.