Gürcüstan Prezidenti TBMM sədri ilə regional sülhü müzakirə etdi

Gurcustan Prezidenti TBMM sedri ile regional sulhu muzakire etdi
Gürcüstan Prezidenti Mixeil Kavelaşvili Türkiyə Böyük Millət Məclisinin (TBMM) sədri Numan Kurtulmuşla görüşüb.

Zeferinfo.az xəbər verir ki, görüşdə iki ölkə arasında mövcud ikitərəfli və çoxtərəfli əlaqələr, müxtəlif sahələrdə əməkdaşlığın dərinləşdirilməsi perspektivləri müzakirə edilib.

Tərəflər Cənubi Qafqaz regionunda mövcud vəziyyətə də toxunublar. M.Kavelaşvili qeyd edib ki, Gürcüstan Cənubi Qafqazda dinc birgə yaşayış formulunu dəstəkləyir və regionda sülhün və konstruktiv əməkdaşlığın təşviqi prosesinə töhfə verməyə həmişə hazırdır.

O, Azərbaycan və Ermənistanın davamlı sülhün bərqərar olması istiqamətində atdığı addımları alqışladığını bildirərək vurğulayıb ki, bu addımlar bölgədə sülh və sabitliyin təşviqinə töhfə verməlidir.

Görüşdə Gürcüstanla Türkiyə arasında iqtisadi əməkdaşlıq məsələləri də müzakirə olunub. M.Kavelaşvilinin sözlərinə görə, ölkələr arasındakı regional və strateji əhəmiyyət kəsb edən layihələr səmərəli əməkdaşlığın, davamlı inkişafın və etibarlı tərəfdaşlığın bariz nümunəsidir.

Back To Top