Gürcüstan Prezidenti sabah Türkiyəyə səfər edəcək

Gurcustan Prezidenti sabah Turkiyeye sefer edecek

Gürcüstan Prezidenti Mixeil Kavelaşvili avqustun 12-də Türkiyəyə ilk rəsmi səfər edəcək.

Zeferinfo.az xəbər verir ki, bu barədə "TRT Haber" məlumat yayıb.

Bildirilib ki, səfər Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın dəvəti ilə həyata keçiriləcək.

Səfər çərçivəsində Türkiyə - Gürcüstan ikitərəfli əməkdaşlığının bütün sahələrinin inkişaf etdirilməsi üçün atılacaq addımlarla yanaşı, aktual regional və qlobal hadisələr barədə fikir mübadiləsi aparılacaq.