Gürcüstan Prezidenti ölkəsinə dəstəyə görə Azərbaycana minnətdarlığını bildirib

Gurcustan Prezidenti olkesine desteye gore Azerbaycana minnetdarligini bildirib

Milli Məclisin sədri Sahibə Qafarova Gürcüstana rəsmi səfəri çərçivəsində bu ölkənin Prezidenti Mixeil Kavelaşvili ilə görüşüb.

Bu barədə Zeferinfo.az-a Milli Məclisin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən xəbər verilib.
Görüşdə dost ölkələrimiz arasında strateji tərəfdaşlıq münasibətlərinin müxtəlif aspektləri haqqında fikir mübadiləsi aparılıb, möhkəm, tarixi əsaslara malik olan münasibətlərin dinamik inkişafından razılıq ifadə olunub.
Göstərilən yüksək səviyyəli qonaqpərvərliyə görə minnətdarlığını bildirən Milli Məclisin sədri Sahibə Qafarova, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin salamlarını Gürcüstan Respublikasının Prezidenti Mixail Kavelaşviliyə çatdırıb.
Gürcüstan Prezidenti Azərbaycan Prezidentinə minnətdarlığını bildirərək, onun da salamlarını Prezident İlham Əliyevə çatdırmağı xahiş edib.
Ölkələr arasında münasibətlərin inkişafında parlamentlərin xüsusi rolu qeyd olunaraq, iki ölkənin qanunvericilik orqanları arasında əlaqələrin ölkələrimiz arasında münasibətlərin ruhuna uyğun olaraq genişlənməsindən məmnunluq ifadə edilib. Spiker Sahibə Qafarova dünən iki ölkənin parlamentləri arasında imzalanan əməkdaşlıq memorandumunun əhəmiyyətini qeyd edərək, bu sənədin əlaqələrimizin daha da genişlənməsinə töhfə verəcəyinə inamını ifadə edib.
Söhbət zamanı beynəlxalq və regional formatda uğurlu əməkdaşlıq məsələlərinə xüsusi diqqət yetirilib. Gürcüstan Respublikasının Prezidenti Mixail Kavelaşvili ölkəsinə göstərilən dəstəyə görə Azərbaycana öz minnətdarlığını bildirib.
Görüşdə, həmçinin ölkələrimizin üçtərəfli formatda da uğurlu əməkdaşlıq əlaqələrinin olduğu diqqətə çatdırılaraq, Azərbaycan-Türkiyə-Gürcüstan üçtərəfli əməkdaşlıq formatının həm ölkələrimizə, həm də regiona qazandırdığı faydalar ifadə edilib.
Söhbət zamanı, həmçinin regionda vəziyyət barədə də fikir mübadiləsi aparılıb. Tərəflər regionda sülh və sabitliyin təmin olunmasının əhəmiyyətini vurğulayıblar.
Görüşdə qarşılıqlı maraq doğuran digər məsələlər haqqında da fikir mübadiləsi aparılıb.

Gürcüstan Prezidenti ölkəsinə dəstəyə görə Azərbaycana minnətdarlığını bildirib - YENİLƏNİB Gürcüstan Prezidenti ölkəsinə dəstəyə görə Azərbaycana minnətdarlığını bildirib - YENİLƏNİB Gürcüstan Prezidenti ölkəsinə dəstəyə görə Azərbaycana minnətdarlığını bildirib - YENİLƏNİB Gürcüstan Prezidenti ölkəsinə dəstəyə görə Azərbaycana minnətdarlığını bildirib - YENİLƏNİB Gürcüstan Prezidenti ölkəsinə dəstəyə görə Azərbaycana minnətdarlığını bildirib - YENİLƏNİB