Gümrüdəki etiraz aksiyasından sonra 41 nəfər barəsində cinayət işi açılıb
Gümrü meriyası qarşısında keçirilən etiraz aksiyasından sonra 41 nəfər barəsində cinayət işi açılıb.
Zeferinfo.az Ermənistan mediasına istinadən xəbər verir ki, bu barədə İstintaq Komitəsinin məlumatında deyilir.
Onlardan 24-ü həbs edilib, 15-i ev dustaqlığına buraxılıb, 1-i isə inzibati nəzarətə götürülüb.
Cinayət işi üzrə təqsirləndirilənlərdən ikisi yetkinlik yaşına çatmayan şəxslərdir. Onlardan biri istintaq təcridxanasında, digəri ev dustaqlığındadır.