Görkəmli alim Şirməmməd Hüseynovun 100 illiyi ilə əlaqədar elektron məlumat bazası hazırlanıb
Bu barədə Zeferinfo.az-a kitabxanadan məlumat verilib.
Bildirilib ki, kitabxananın rəsmi saytında yerləşdirilən elektron bazada alimin “Şərəf” ordeni ilə təltif edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı, layiq görüldüyü orden və mükafatlar, Şirməmməd Hüseynov haqqında akademik Rəfael Hüseynovun “Millət yaddaşının keşikçisi”və professor Asif Rüstəmlinin “Cümhuriyyət adamı” kimi məqalələrinin tam mətni, bir sıra görkəmli şəxslərin onun haqqında söylədikləri dəyərli fikirlər yer alır. Elektron məlumat bazasında alimin müəllifi və redaktoru olduğu, ön söz yazdığı kitabların, məqalələrin siyahısı təqdim edilir.
Müəllif haqqında qələmə alınan kitab və məqalələrin yer aldığı elektron bazada alimin xatirəsinin əbədiləşdirilməsinə dair məlumatlar, virtual kitab sərgisi, video və foto qalereyası da sərgilənir.