Goran Təlim Mərkəzində yararsız döyüş sursatları məhv ediləcək

Goran Telim Merkezinde yararsiz doyus sursatlari mehv edilecek

Yanvarın 15-16-da istismar müddəti başa çatmış və istifadəyə yararsız olan döyüş sursatlarının təhlükəsizlik qaydalarına riayət olunmaqla Goran Təlim Mərkəzində məhv edilməsi prosesi həyata keçiriləcək.
Bu barədə  Zeferinfo.az-a Müdafiə Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.
“Partlayış səsləri ilə əlaqədar əhalini təşvişə düşməməyə çağırır və narahatlığa heç bir əsasın olmadığını diqqətə çatdırırıq”, - deyə məlumatda qeyd edilib.