“Google” və “ChatGPT”in Azərbaycan üzrə bazar payı açıqlanıb
“Google” və “ChatGPT”in Azərbaycan üzrə bazar payı məlum olub.
Zeferinfo.az-ın “Global Stats” Statistika Mərkəzinə istinadən məlumatına görə, ötən ilin dekabr ayında “Google”un Azərbaycandakı bazar payı 99.53 faiz bəndi təşkil edib.
Məlumata əsasən, bu göstərici aylıq ifadədə 0.12 faiz bəndi artıb. Belə ki, ötən ilin noyabr ayında “Google”un Azərbaycandakı bazar payı 99.41 faiz bəndinə bərabər idi.
Hesabat dövründə “ChatGPT”in Azərbaycan üzrə bazar payı isə 0.47 faiz bəndi təşkil edib ki, bu da ötən ilin noyabr ayındakı göstəriciyə nisbətən 0.12 faiz bəndi çoxdur.
Ötən ilin noyabr ayında “ChatGPT”in Azərbaycan üzrə bazar payı 0.59 faiz bəndi idi.