"Gənclər Paytaxtı" Şuşa şəhərində İslam Ölkələrinin Gənc Alimlərinin Forumu keçirilib (FOTO)

"Gencler Paytaxti" Susa seherinde Islam Olkelerinin Genc Alimlerinin Forumu kecirilib (FOTO)

"Gənclər Paytaxtı" olan Şuşa şəhərində İslam Ölkələrinin Gənc Alimlərinin Forumu keçirilib.

Zeferinfo.az xəbər verir ki, tədbir əvvəlcə Dövlət Himninin səsləndirilməsi ilə başlayıb.

Burada islam mədəniyyəti və sivilizasiya, davamlı inkişaf, texnoloji yeniliklər və yaşıl gələcək naminə, süni intellekt, beşinci sənaye inqilabı, islam elm və təhsilinin əhəmiyyətli rolu mövzusunda müzakirələr aparılıb.

Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) vitse-prezidenti akademik Dilqəm Tağıyev İslam dünyanın zəngin dövrə sahib olduğunu bildirib.

O, bu ölkələrin alimlərinin dünya elminə böyük töhfələr verdiyini vurğulayıb.

Onun sözlərinə görə, Azərbaycanda elmi müəssisələrin sayı kifayət qədər çoxdur.

D.Tağıyev hazırda Azərbaycanın 51 universitetində təhsil alan 320 mindən çox tələbənin 96 faizinin gənclər olduğunu deyib.

Gənclər və İdman Nazirliyinin Gənclərlə iş şöbəsinin müdiri Ramil Cabbarov İslam dünyasından olan gənclərə elm və təhsil sahəsində bir araya gələrək, uğurlu işlər görəcəyinə inandığını bildirib.

O, bu tədbir sayəsində islam ölkələri arasında əməkdaşlığın sıx şəkildə inkişaf edəcəyini diqqətə çatdırıb.

Mədəniyyət Nazirliyinin təşkil etdiyi "Yaradıcılıq marafonu" proqramında isə İslam Əməkdaşlıq Təşkilatına üzv ölkələrdən olan müxtəlif istedadlı və yaradıcı gənclər dörd sahə - animasiya, film, moda, dizayn üzrə fərqli məhsullar yaradırlar.

Qeyd edək ki, İslam dünyasının “Gənclər Paytaxtı”nın bağlanış mərasimi dekabrın 4-də Şuşa şəhərində reallaşacaq.