Gəncədə univermaqdan 21 min manatlıq oğurluq edilib

Gencede univermaqdan 21 min manatliq ogurluq edilib
Gəncədə 21 min manatlıq oğurluq edilib.

Zeferinfo.az-ın  məlumatına görə, hadisə Gəncə şəhərindəki Mərkəzi Univermaqda qeydə alınıb. Polis əməkdaşlarının keçirdikləri müvafiq tədbirlər nəticəsində Gəncə şəhərindəki Mərkəzi Univermaqdan ümumi dəyəri 21500 manat olan 41 ədəd müxtəlif markalı mobil telefonları oğurlamaqda şübhəli bilinən şəhər sakini, 23 yaşlı Nicat Səfərov saxlanılıb.