Gəncədə TİKA-nın dəstəyi ilə 5-ci Kənd Təsərrüfatı və Qida Texnologiyaları Konfransı keçirilib- FOTOLAR

Gencede TIKA-nin desteyi ile 5-ci Kend Teserrufati ve Qida Texnologiyalari Konfransi kecirilib- FOTOLAR
 
Azərbaycanın ikinci böyük şəhəri Gəncə bu il beşinci dəfə keçirilən Kənd Təsərrüfatı və Qida Texnologiyaları Konfransına ev sahibliyi edib.

20–23 oktyabr 2025-ci il tarixlərində baş tutan tədbir Türk Əməkdaşlıq və Koordinasiya Agentliyinin (TİKA) dəstəyi, Azərbaycan Dövlət Aqrar Universiteti və Çukurova Universitetinin birgə təşkilatçılığı ilə gerçəkləşib.

Konfransda Türkiyənin Çukurova və Ege universitetləri başda olmaqla, ümumilikdə 15 ölkədən yüzlərlə alim və tədqiqatçı iştirak edib. Açılış mərasimi Gəncə Heydər Əliyev Mərkəzində keçirilib.

Tədbirdə çıxış edən Türkiyənin Gəncədəki Baş konsulu Rəcəb Öztop kənd təsərrüfatı və qida texnologiyaları sahəsində Türkiyənin həyata keçirdiyi layihələrdən bəhs edib. O, TİKA tərəfindən Gəncə və ətraf bölgələrdə icra olunan layihələrin iki ölkə arasında qardaşlıq münasibətlərini daha da möhkəmləndirdiyini vurğulayıb.

Azərbaycan Dövlət Aqrar Universitetinin rektoru Zəfər Qurbanov və Ege Universitetinin rektoru Nəcdət Budak çıxışlarında konfransın təşkilinə verdiyi dəstəyə görə TİKA-ya təşəkkürlərini bildiriblər.

Tədbir çərçivəsində kənd təsərrüfatında innovativ texnologiyalar, qida təhlükəsizliyi, davamlı istehsal və iqlim dəyişikliklərinə uyğunlaşma mövzularında elmi müzakirələr aparılır.

image-save_20251021_081011 image-save_20251021_081004 image-save_20251021_080956 image-save_20251021_080942 image-save_20251021_080936 image-save_20251021_080930 image-save_20251021_080923 image-save_20251021_080916 image-save_20251021_080909 image-save_20251021_080900 image-5-tarim-ve-gida-teknolojileri-konferansi-tika-nin-katkilariyla-gence-de-duzenlendi-12 image-5-tarim-ve-gida-teknolojileri-konferansi-tika-nin-katkilariyla-gence-de-duzenlendi-7