Bu barədə Zeferinfo.az-ın sorğusuna cavab olaraq AQTA-dan məlumat verilib.
Bildirilib ki, məsələ nəzarətə götürülüb, araşdırmaların nəticələri ilə bağlı ictimaiyyətə məlumat veriləcək.
TƏBİB-dən isə sorğumuza cavab olaraq bildirilib ki, dünən saat 21:30 radələrindən başlayaraq 8 nəfər (5 kişi cinsli, 3 qadın cinsli) Gəncə Şəhər Birləşmiş Xəstəxanasının nəzdində olan Abbas Səhhət adına xəstəxananın Yoluxucu xəstəliklər şöbəsinə hospitalizasiya olunub.
"Dəqiqləşdirilməmiş mənşəli qastroenteritlər və kolitlər diaqnozu təyin edilən pasiyentlərə zəruri tibbi xidmətlər göstərilib. Vəziyyətləri qənaətbəxş qiymətləndirilən şəxslər ambulator müalicə üçün evə buraxılıblar".
Qeyd edək ki, dünən Gəncə şəhəri, M. Ş. Vazeh adına 16 nömrəli tam orta məktəbin şagirdləri dönərdən zəhərləniblər.