Gəncədə məhkumun həbsdən öncə gizlətdiyi silah aşkar edilib  

Gencede mehkumun hebsden once gizletdiyi silah askar edilib  
Gəncədə məhkumun həbs edilməzdən öncə gizlətdiyi silah aşkar edilib.

Bu barədə Zeferinfo.az-a  Ədliyyə Nazirliyindən məlumat verilib.

Bildirilib ki, Ədliyyə Nazirliyinin Penitensiar xidmətinin əməliyyat aparatının Daxili İşlər Nazirliyinin əməkdaşları ilə birgə keçirdiyi əməliyyat-axtarış tədbiri nəticəsində məhkum tərəfindən həbs edilməmişdən əvvəl Gəncə şəhərində, dəmiryolu xəttinin yanındakı tikilidə gizlədilmiş 1 ədəd “TT” markalı tapança, 1 ədəd tapança darağı, 5 ədəd 7,62 kalibrli tapança patronu, 4 ədəd 7,62 kalibrli avtomat patronu, 1 ədəd “F-1” markalı əl qumbarası və 1 ədəd süngü-bıçaq aşkar edilərək götürülüb. 

Faktla bağlı araşdırma aparılır.