Gənc Vətənpərvərlər “İctimai Birliyi” “Konstitusiya və Suverenlik İli” elan edilməsi ilə əlaqədar tədbir keçirilib

Genc Vetenperverler “Ictimai Birliyi”  “Konstitusiya ve Suverenlik Ili” elan edilmesi ile elaqedar tedbir kecirilib

Gənc Vətənpərvərlər “İctimai Birliyi” Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 28 dekabr 2024-cü il tarixli Sərəncamı ilə təsdiq edilmiş, Azərbaycan Respublikasında 2025-ci ilin “Konstitusiya və Suverenlik İli” elan edilməsi ilə əlaqədar tədbir keçirilib.
Gənc Vətənpərvərlər  “Ictimai Birliyi “Azərbaycan Respublikasının Gənclər Fondunun maliyyə dəstəyi ilə”Gənclər  arasında Konstitusiya və suverenlik ili”nin  ideya  və  mahiyyətinin   təbliğində   vətənpərvərlik “adlı layihə çərçivəsində   ADNSU –n nəznində Bakı Neft - Energetika Kollecində  tədbir keçirilib.
Əvvəlcə xalqımızın Ümummilli Lideri Heydər Əliyevin və torpaqlarımızın bütövlüyü uğrunda qəhrəmancasına şəhid olan vətən övladlarının əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib. 
Tədbiri giriş sözü ilə açan  Bakı Neft-Energetika Kollecin  direktoru Ata Babayev  qeyd edib ki, Ulu Öndər Heydər Əliyevin bilavasitə rəhbərliyi ilə hazırlanmış və 1995-ci il noyabrın 12-də qəbul olunmuş Azərbaycan Respublikasının Konstitusiyasının dövlətimizin müstəqilliyinin, suverenliyinin və ərazi bütövlüyünün qorunması, hüquqi, dünyəvi dövlət quruculuğu, vətəndaşlarımızın layiqli həyat səviyyəsinin, dünya ölkələri ilə dostluq və əmin-amanlıq şəraitində əməkdaşlığın təmin edilməsi kimi ali niyyətlərin həyata keçirilməsi üçün mühüm qanunvericilik bazası rolu oynadığını vurğulayıb.
Layihə rəhbəri Müqamət Əliyev  çıxış edərək vurğulamışdır ki, dövlət başçısı cənab İlham Əliyevin ötən ilin
 28 dekabrında imzaladığı Sərəncama əsasən 2025-ci il Azərbaycan Respublikasında “Konstitusiya və Suverenlik İli” elan edilib. Bu Konstitusiya dövlətimizin müstəqilliyinin, suverenliyinin və ərazi bütövlüyünün qorunması, hüquqi, dünyəvi dövlət quruculuğu, vətəndaşlarımızın layiqli həyat səviyyəsinin, dünya ölkələri ilə dostluq və əməkdaşlığın təmin edilməsi kimi ali niyyətlərin həyata keçirilməsi üçün mühüm qanunvericilik bazası rolunu oynamışdır. 
Konstitusiyanın preambulasında Azərbaycanın dövlət müstəqilliyinin, suverenliyinin və ərazi bütövlüyünün qorunması başlıca niyyətlərdən biri kimi bəyan edilmişdir.
 Kollecin tarix müəlliməsi Sevinc Məmmədova  , AMEA-n Tarix və Etnologiya  inistutunun  Elmi katibi profesor Bəhmən Əliyev və digərləri  çıxış edərək Azərbaycan Respublikası Konstitusiyasının qəbulunun 30-cu ildönümünün ərazi bütövlüyü, suverenliyi təmin olunmuş dövlətimizdə qeyd edilməsinin tarixi nailiyyət olduğunu vurğulayıblar.
   Daha sonra tədbirdə çıxış edən natiqlər bildiriblər ki, Azərbaycan özünü bölgənin ən güclü və qalib dövləti kimi təsdiqləyib. 2025-ci ilin ölkəmizdə “Konstitusiya və Suverenlik İli” elan olunması müasir Azərbaycan dövlətçiliyinin inkişafında mühüm əhəmiyyət kəsb edən bir hadisədir. İnanırıq ki, “Konstitusiya və Suverenlik İli” çərçivəsində həyata keçiriləcək tədbirlər cəmiyyətimizdə həmrəylik ovqatını daha da genişləndirəcək, 
2025-ci il milli birlik və həmrəylik ilimizə çevriləcəkdir.
Tədbirin sonunda  Bakı şəhər Gənclər və İdman  İdarəsi  Xəzər rayonu üzrə  sektorda  baş məsləhətçisi   Məhəmmədova Pərvanə , ADNSU –n nəznində Bakı Neft - Energetika Kollecin direktoru  dos .Ata Babayev və AMEA Tarix və Etnologiya İnstitutunun direktoru tarix e.d-ru prof  Kərim Şükürov  gənclərdə  vətənpərvərlik tərbiyəsinin  təbliöi və təşkili,milli mənəvi dəyərlərin  aşılanması istiqamətdə  görülən işlərdə və s səy və xidmətlərinə  görə Fəxri Fərmanlarla təltiv olundu. Tədbirdə , ADNSU –n nəznində Bakı Neft - Energetika Kollecin müəllim kolektivi,tələbələr,GVİB-n İdarə Heyəti və könüllülər iştirak ediblər . Qeyd edək ki, layihə  Azərbaycan Respublikasının   Gənclər Fondunun maliyə dəstəyi  ilə həyata keçirilir.