"Gənc qızların təhsilinə dəstək” layihəsi çərçivəsində 350-yə yaxın qız təhsil alır - Elnur Nəsibov

"Genc qizlarin tehsiline destek” layihesi cercivesinde 350-ye yaxin qiz tehsil alir - Elnur Nesibov

Qızlara yalnız təqaüd verilmir, onlara həm də təcrübə verilir və onlar gələcəkdə iş tapmaqda çətinlik çəkmirlər.

Zeferinfo.az xəbər verir ki, bu sözləri Təhsilin İnkişafı Fondunun İdarə Heyətinin sədri Elnur Nəsibov "Gənc qızların təhsilinə dəstək” layihəsi iştirakçılarının məzun günündə çıxış edərkən deyib.

O bildirib ki, 350-yə yaxın qız bu layihə çərçivəsində təhsil alır.

"Layihənin əsas məqsədi sosial həssas qrupdan olan qızların ali təhsilə çıxış imkanlarını artırmaq və onların gələcək inkişafına dəstək olmaqdır"- deyə o əlavə edib.

Elnur Nəsibov qeyd edib ki, "Parla" təqaüd və inkişaf proqramına 2023-2025-ci tədris illərində 1465 müraciət olub.

"Proqramdan 100 nəfər yararlanıb. Onlardan 5 nəfəri şəhid yoldaşıdır. 14 nəfər məzun olub və onlardan 4 nəfəri işlə təmin edilib.

Təhsilin İnkişafı Fonunun həyata keçirdiyi sahələrdə özəl sektorun rolu olduqca böyükdür"- deyə o əlavə edib.