Gənc əsgərlərlə görüşə məhdudiyyət qoyuldu — RƏSMİ

Genc esgerlerle goruse mehdudiyyet qoyuldu — RESMI

Azərbaycan Ordusunda yeni xidmətə başlayan gənc əsgərlərin sağlamlığını qorumaq məqsədilə həyata keçirilən qabaqlayıcı tədbirlər davam etdirilir. Hərbi mühitə adaptasiya dövründə gənc əsgərlərin respirator xəstəliklərə, o cümlədən qrip infeksiyasına yoluxma hallarının qarşısını almaq üçün keçirilən tədbirlərlə əlaqədar hərbi hissələrdə görüş müvəqqəti məhdudlaşdırılıb.

Zeferinfo.az xəbər verir ki, bu barədə Müdafiə Nazirliyi (MN) məlumat yayıb.
"Vətəndaşlardan, xüsusilə gənc əsgərlərin valideynlərindən hərbi qulluqçularımızın sağlamlığına həssaslıqla yanaşmağı, qeyd olunan məhdudiyyəti anlayışla qarşılamağı və hərbi hissələrə gəlməməyi bir daha xahiş edirik.
Məhdudiyyət götürüldükdən sonra ictimaiyyətə əlavə məlumat veriləcəkdir", - deyə məlumatda qeyd edilib.