Xəzəri akvatoriyasında müşahidə olunan küləkli hava şəraiti ilə əlaqədar gəmilər lövbər dayanacaqlarına və sığınacaqlara çəkiliblər.
Zeferinfo.az xəbər verir ki, bu barədə “Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC-dən (ASCO) bildirilib.
Dəniz Nəqliyyatı və Xəzər Dəniz Neft Donanmasına məxsus ASCO gəmiləri təhlükəsizlik məqsədilə lövbərlər dayanacaqlarına və təhlükəsiz sığınacaqlara çəkiliblər.
Bundan başqa, Azərbaycanda küləkli hava şəraiti ilə əlaqədar ictimai nəqliyyatın hərəkəti gücləndirilib, vağzal və stansiyalarda sərnişinlərin təhlükəsizliyinin təmin edilməsi üçün əlavə tədbirlər görülür, yolların qardan təmizlənməsi işləri davam etdirilir.