Gələn ay Azərbaycan və Küveyt arasında Birgə İkitərəfli Komitənin üçüncü sessiyası keçiriləcək

Aprel ayında Azərbaycan və Küveyt arasında Birgə İkitərəfli Komitənin üçüncü sessiyası keçiriləcək.
Zeferinfo.az xəbər verir ki, bu barədə Azərbaycanın Küveytdəki səfiri Emil Kərimov məlumat verib.
Onun sözlərinə görə, aprelin 29-da baş tutacaq sessiyada Azərbaycan nümayəndə heyətinə xarici işlər naziri Ceyhun Bayramov başçılıq edəcək.
"İkitərəfli münasibətlərimizdə nəzərəçarpacaq inkişaf var. Bu ilin əvvəlində iki ölkə arasında siyasi məsləhətləşmələrin birinci raundu keçirilib", - deyə diplomat əlavə edib.