Gələcəkdə magistraturaya qəbul imtahanında esseyə minimal tələb qoyula bilər

Gelecekde magistraturaya qebul imtahaninda esseye minimal teleb qoyula biler

Magistraturaya qəbul imtahanlarında hazırda nəsə dəyişiklik nəzərdə tutulmayıb.

Zeferinfo.az xəbər verir ki, bunu Dövlət İmtahan Mərkəzinin şöbə müdiri Natiq Əliyev "2024-cü il üçün ali təhsil müəssisələrinin magistratura səviyyəsinə tələbə qəbulu imtahanlarının nəticələrinin elmi-statistik təhlili ilə bağlı müzakirələr zamanı deyib.

Onun sözlərinə görə, DİM imtahanların məzmununda hər hansı dəyişiklik olanda, 2 il öncədən məlumat verilir:

"Ola bilər ki, gələcəkdə magistraturaya qəbul imtahanında esseyə minimal bal tələbi qoyulsun".

N.Əliyev həmçinin, magistraturada təhsil alan şəxslərin həm də əmək bazarında olacağını diqqətə çatdıraraq qeyd edib ki, yaxşı olardı universitetlərdə bu təhsil pilləsi üçün dərslər axşam saatlarında keçirilməsi məqsədəuyğundur.