Fuad Muradova 6 il 6 ay həbs verildi

Yeddi nəfəri şantajda təqsirləndirilən, özünü Milli Fədailər Hərəkatının rəhbəri kimi təqdim edən Fuad Muradovun cinayət işi üzrə məhkəmə araşdırması başa çatıb.
Zeferinfo.az-ın məlumatına görə, Gəncə Ağır Cinayətlər Məhkəməsində keçirilən sonuncu iclasda hökm oxunub.
Qeyd edək ki, F.Muradov 2023-cü ilin oktyabrında DİN-in Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsi tərəfindən həbs edilmişdi.