"Fransa separatçıları dəstəkləyərək Cənubi Qafqazda gərginlik yaratmağa çalışıb" - Prezident
"Fransa separatçı meyilləri və separatçıları dəstəkləyərək bizim regionda - Cənubi Qafqazda da gərginlik yaratmağa çalışıb".
Zeferinfo.az xəbər verir ki, bu fikirlər Azərbaycan Prezidenti İlham Əliyevin Bakı Təşəbbüs Qrupunun təşkilatçılığı ilə noyabrın 21-də Bakıda "Dekolonizasiya: Qadınların gücləndirilməsi və inkişafı" mövzusunda keçirilən konfransın iştirakçılarına ünvanladığı müraciətində yer alıb.
"Fransa Ermənistandakı revanşist qüvvələri ruhlandıraraq regionda yeni müharibə şəraiti yaratmağa cəhd göstərib",- dövlət başçısının müraciətdə bildirilib.