“Formula 1” tikinti işlərinə yalnız yerli podratçı şirkətlər cəlb edilib - BŞH rəsmisi

“Formula 1” tikinti islerine yalniz yerli podratci sirketler celb edilib - BSH resmisi

“Formula 1” Azərbaycan Qran-prisi 2025-in tikinti və demontaj mərhələlərinə podratçı şirkətlər tərəfindən 2 162 nəfər cəlb olunub.

Zeferinfo.az-ın məlumatına görə, bunu jurnalistlərə açıqlamasında Bakı Şəhər Halqasının tikinti şöbəsinin meneceri Sübhan Manafzadə "Formula 1" üzrə Azərbaycan Qran-prisinə hazırlıq çərçivəsində media tur zamanı deyib.

O qeyd edib ki, yarış həftəsində bu prosesə əlavə olaraq 1 500 təşkilatçı əməkdaşı, 2 000 könüllü və 1 400 marşal da qoşulacaq:

"Tikinti işləri gecə-gündüz növbəli rejimdə aparılır.

Nəqliyyatın hərəkətini məhdudlaşdıran əməliyyatlar yalnız gecə saatlarında həyata keçirilir ki, bu da şəhər sakinlərinə narahatlığı minimuma endirir.

Hazırda bütün prosesə yalnız yerli - Azərbaycan podratçı şirkətləri cəlb olunub".