Fidan elan etdi: Azərbaycan və Ermənistan XİN rəhbərləri ilə görüşəcək

Fidan elan etdi: Azerbaycan ve Ermenistan XIN rehberleri ile gorusecek

Türkiyənin xarici işlər naziri Hakan Fidan oktyabrın 18-də İstanbulda Cənubi Qafqaz Regional Əməkdaşlıq Platformasının 3+3 xarici işlər nazirlərinin toplantısının keçiriləcəyini açıqlayıb.

Ulusal.az xəbər verir ki, Fidan iclasda İran, Rusiya, Ermənistan və Azərbaycanın xarici işlər nazirlərinin iştirak edəcəyini bildirib.

"Biz Fələstin məsələsində İordaniya və digər Yaxın Şərq ölkələri ilə təmasda olduğumuz kimi, Qafqazın regional əməkdaşlıq platforması vasitəsilə region ölkələri ilə Qafqazla bağlı məsləhətləşmələri davam etdiririk”, - Türkiyənin xarici işlər naziri bildirib.

Xatırladaq ki, 2023-cü ildə “3+3” regional məsləhət platformasının iclası Tehranda keçirilib.