FHN Xəzər dənizində təlim keçirib - VİDEO

FHN Xezer denizinde telim kecirib - VIDEO
Xəzər dənizində təlim

Fövqəladə Hallar Nazirliyi Xəzər dənizində təlim keçirib.

Nazirliyin Mətbuat xidmətindən Zeferinfo.az-a  verilən xəbərə görə, təlim FHN-nin Regional mərkəzlərlə işin təşkili, layihələrin idarə edilməsi və təhsil məsələləri üzrə Baş idarəsi və Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin birgə təşkilatçılığı ilə Xəzər dənizinin Bakı şəhəri, Xəzər rayonu, Buzovna qəsəbəsinə düşən hissəsində keçirilib.

Su hövzələrində xilasetmə və dalğıc-axtarış işlərinin aparılması

“Su hövzələrində xilasetmə və dalğıc-axtarış işlərinin aparılması” mövzusunda keçirilən təlimdə sözügedən qurumlarla yanaşı, FHN-in Fövqəladə halların nəticələrinin aradan qaldırılması işinin təşkili Baş idarəsi və Tibb Xidmətinin əməkdaşları iştirak edib.

Təlim sularda insanların təhlükəsizliyinin təmin olunması sahəsində əlaqələndirmə, idarəetmə və nəzarətin həyata keçirilməsi, eləcə də rəhbər, komandir-rəis heyəti və digər təlim iştirakçılarının fövqəladə hadisələr zamanı fəaliyyət üzrə bilik və bacarıqlarının artırılması, rabitə və xəbərdarlıq sistemlərinin etibarlılığının təmin edilməsi məqsədilə keçirilib.

Təlim zamanı nəzarət olunan ərazidə gəzinti qayığının dənizdə “batma təhlükəsi ilə üzləşməsi” və qayığın göyərtəsində vətəndaların “köməksiz vəziyyətdə qalması” və 1 nəfərin isə “suda batması” barədə daxil olmuş məlumat əsasında Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin qüvvələri operativ qaydada “hadisə yerinə” cəlb olunub. Xilasedicilərin çevik müdaxiləsi nəticəsində “qəzaya uğramış” qayıqda “köməksiz vəziyyətdə qalmış” vətəndaşlar təxliyə edilib, “suda batmış” 1 nəfərin “cəsədi” tapılaraq aidiyyəti üzrə təhvil verilib.

Uğurla keçirilmiş təlimdən sonra əldə edilmiş nəticələr müzakirə olunub, müvafiq tapşırıqlar verilib.

Qeyd edilib ki, təlimi təcrübə məqsədilə FHN Akademiyasının kursantları izləyib.

FHN Xəzər dənizində təlim keçirib - VİDEO FHN Xəzər dənizində təlim keçirib - VİDEO FHN Xəzər dənizində təlim keçirib - VİDEO FHN Xəzər dənizində təlim keçirib - VİDEO FHN Xəzər dənizində təlim keçirib - VİDEO FHN Xəzər dənizində təlim keçirib - VİDEO FHN Xəzər dənizində təlim keçirib - VİDEO FHN Xəzər dənizində təlim keçirib - VİDEO FHN Xəzər dənizində təlim keçirib - VİDEO FHN Xəzər dənizində təlim keçirib - VİDEO FHN Xəzər dənizində təlim keçirib - VİDEO FHN Xəzər dənizində təlim keçirib - VİDEO FHN Xəzər dənizində təlim keçirib - VİDEO FHN Xəzər dənizində təlim keçirib - VİDEO