FHN: Ötən həftə 869 yanğına çıxış olub, 46 nəfər xilas edilib - VİDEO

FHN: Oten hefte 869 yangina cixis olub, 46 nefer xilas edilib - VIDEO

Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyi üzərinə düşən vəzifələrinin icrası, o cümlədən əhalinin və ərazilərin təbii və texnogen xarakterli fövqəladə hallardan qorunması istiqamətində fəaliyyətini davam etdirir.

FHN-dən Önder.tv-yə verilən məlumata görə, “112” qaynar telefon xəttinə daxil olmuş zənglər əsasında Nazirliyin aidiyyəti qurumları tərəfindən ötən həftə ərzində 869 yanğına çıxış, 36 halda köməksiz vəziyyətdə qalma və 4 avtonəqliyyat qəzası faktı üzrə qəza-xilasetmə əməliyyatları həyata keçirilib. Görülmüş təcili və təxirəsalınmaz tədbirlər nəticəsində yanğınların operativ söndürülməsi, insanların həyatının xilas olunması təmin edilib.

 
Ümumilikdə, Fövqəladə Hallar Nazirliyinin qüvvələri tərəfindən ötən həftə ərzində 6-sı azyaşlı olmaqla 46 nəfər xilas edilib, 7 nəfər xəsarət alıb, 27 nəfər təxliyə olunub, 6 nəfərin meyiti aidiyyəti üzrə təhvil verilib.