FHN Naxçıvanda yanğın-taktiki təlim keçirib

Nazirlikdən Zeferinfo.az-a verilən məlumata görə, təlimin keçirilməsində məqsəd hoteldə baş verə biləcək yanğınlarla mübarizə üzrə şəxsi heyətin praktiki vərdişlərinin daha da təkmilləşdirilməsi, habelə hotel personalının yanğınlar zamanı ilkin davranış qaydaları barədə bilik və bacarıqlarının artırılması olub.
Təlim nəzəri və praktiki olmaqla iki hissədən ibarət olub.
Nəzəri hissədə FHN əməkdaşları tərəfindən otelin işçi heyətinə baş verə biləcək fövqəladə hal zamanı davranış qaydaları və atılacaq ilkin zəruri addımlar barədə maarifləndirici məlumatlar verilib, yanğınların söndürülməsi üsulları və ilkin yanğınsöndürmə vasitələrindən istifadə qaydaları ətraflı izah edilib.
Təlimin praktiki hissəsində isə hotel personalı və yanğınsöndürənlə xilasedicilərin iştirakı ilə hoteldə şərti olaraq baş verən “yanğın” qısa müddətdə “söndürülüb”, "zərərçəkmişlərin təxliyəsi həyata keçirilib”.
Sonda təlimin nəticələri müzakirə olunub, müvafiq tapşırıqlar verilib.