FHN “Məktəblinin dostu” layihəsinin iştirakçıları üçün təlimlər keçirib - VİDEO
![FHN “Mekteblinin dostu” layihesinin istirakcilari ucun telimler kecirib - VIDEO](https://zeferinfo.az/uploads/2025/02/1-991.jpg)
FHN-in Mətbuat xidmətindən Zeferinfo.az-a verilən məlumata görə, təlimlərin keçirilməsində məqsəd layihə iştirakçılarının fövqəladə hallardan mühafizə və mülki müdafiə sahəsində bilik və bacarıqlarının artırılması olub.
Təlimlərin nəzəri hissəsində fövqəladə hallar, o cümlədən yanğınlar zamanı zəruri davranış qaydaları, fövqəladə hallar zamanı ilkin psixoloji yardımın göstərilməsi və təxliyənin təşkili barədə ətraflı məlumat verilib, mövzulara dair videoçarxlar nümayiş olunub.
Təlimlərin praktiki hissəsində şərti yanğın zamanı “Həyəcan” siqnalı verildikdən sonra məktbə kollektivinin təxliyə planına uyğun olaraq təhlükəsiz yerə təxliyəsi həyata keçirilib, “yanğınla” mübarizə tədbiri simulyasiya edilib. Həmçinin, tədbir iştirakçılarına “zərərçəkmişlərin” xilas edilməsi və ilkin yardımın göstərilmə qaydası nümayiş olunub.
Daha sonra layihə içtirakçılarına xilasetmə alət və avadanlıqları barədə məlumat verilib.
Təlimlərin yekunu olaraq “Məktəblinin dostu” layihəsinə cəlb olunmuş şəxslərə sertifikatlar təqdim edilib.