FHN-in əməkdaşlarına ali hərbi və xüsusi rütbələr verilib - SƏRƏNCAM

FHN-in emekdaslarina ali herbi ve xususi rutbeler verilib - SERENCAM
Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin əməkdaşlarına ali hərbi və ali xüsusi rütbələr verilib.

Zeferinfo.az  xəbər verir ki, Prezident İlham Əliyev bu barədə Sərəncam imzalayıb.

Sərəncama əsasən aşağıdakı şəxslərə ali hərbi və xüsusi rütbələr verilib:

“general-leytenant” ali hərbi rütbəsi

general-mayor Adil Ələsgər oğlu Abdullayevə

“general-mayor” ali hərbi rütbəsi

polkovnik Fərhad Nəriman oğlu Səmədova

polkovnik Seymur Taleh oğlu Qaraşova

“daxili xidmət general-mayoru” ali xüsusi rütbəsi

daxili xidmət polkovniki Vaqif Tofiq oğlu İbrahimova.