FHN-in Bakı Regional Mərkəzi nümunəvi mülki müdafiə məşqi keçirdi - FOTO

FHN-in Baki Regional Merkezi numunevi mulki mudafie mesqi kecirdi - FOTO

Fövqəladə Hallar Nazirliyinin Bakı Regional Mərkəzi Suraxanı rayon hərbiləşdirilməmiş ərazi mülki müdafiə dəstələri ilə xəbərdarlıq və toplanış üzrə nümunəvi mülki müdafiə məşqi keçirib.

Nazirlikdən Zeferinfo.az-a  verilən xəbərə görə, tədbirdə FHN-in Bakı Regional Mərkəzinin, həmçinin Suraxanı Rayon İcra Hakimiyyətinin məsul şəxsləri və İcra Hakimiyyətinin Mülki müdafiə qərargahının üzvləri, rayonun hərbiləşdirilməmiş ərazi mülki müdafiə dəstələri, eyni zamanda aidiyyəti idarə, müəssisə və təşkilatların əməkdaşları iştirak ediblər.

Məşqin keçirilməsində məqsəd ərazi mülki müdafiə qüvvələrinin fövqəladə hallara operativ reaksiyavermə hazırlığı səviyyəsinin yoxlanılması və böhran vəziyyətlərində birgə fəaliyyətlərin uzlaşdırılması, komandir-rəis heyətinin idarəetmə üzrə bilik və bacarıqlarının təkmilləşdirilməsi, şəxsi heyətə xəbərdarlıq toplanışı üzrə əməli vərdişlərin aşılanması olub.

Məşq zamanı hərbiləşdirilməmiş ərazi mülki müdafiə dəstələrinin fövqəladə hal barədə xəbərdar edilməsi, xəbərdarlıq toplanışı siqnalı ilə qaldırılması, toplanma məntəqəsinə yürüş, toplanış və idarəetmənin təşkili üzrə fəaliyyətləri yoxlanılıb, həmçinin funksional vəzifələrlə bağlı məruzələr dinlənilib.

Uğurla reallaşdırılan məşqdən sonra əldə edilmiş nəticələr müzakirə olunub, aidiyyəti üzrə tapşırıqlar verilib.

“Fövqəladə hadisələr zamanı hərbiləşdirilməmiş ərazi mülki müdafiə qüvvələrinin xəbərdarlıq toplanışı üzrə nümunəvi mülki müdafiə məşqi” mövzusunda keçirilən tədbirə ümumilikdə rayonda fəaliyyət göstərən idarə, müəssisə və təşkilatlardan 216 nəfər əməkdaş və 15 ədəd texnika cəlb edilib.

  
 
Back To Top