FHN Hacıqabulda regional müşavirə keçirib

Bu barədə Zeferinfo.az-a FHN-in mətbuat xidmətindən məlumat verilib.
Bildirilib ki, tədbirdə FHN Muğan Regional Mərkəzinin rəisi polkovnik Vüqar Ağayev, Regional mərkəzlərlə işin təşkili, layihələrin idarə edilməsi və təhsil məsələləri üzrə Baş idarəsinin Regional Mərkəzlərlə işin təşkil idarəsinin rəis müavini Namiq Bağırzadə, Hacıqabul Rayon İcra Hakimiyyəti başçısının birinci müavini Saleh Ələskərov, FHN-in aidiyyəti yerli strukturlarının məsul əməkdaşları, Rayon Fövqəladə Hallar Komissiyasının üzvləri, İcra Hakimiyyətinin və regionda fəaliyyət göstərən digər aidiyyəti qurumların səlahiyyətli əməkdaşları iştirak ediblər.
Müşavirədə çıxış edən Hacıqabul Rayon İcra Hakimiyyəti başçısının birinci müavini Saleh Ələskərov, FHN-in Muğan Regional Mərkəzinin rəisi polkovnik Vüqar Ağayev, Regional mərkəzlərlə işin təşkili, layihələrin idarə edilməsi və təhsil məsələləri üzrə Baş idarəsinin Regional Mərkəzlərlə işin təşkil idarəsinin rəis müavini Namiq Bağırzadə və digər natiqlər fövqəladə hallara qarşı qabaqlayıcı tədbirlərin görülməsinin hazırki vəziyyəti, bu sahədə qurumlararası əlaqələr, görülmüş işlər və qarşıda duran vəzifələr barədə geniş məlumat veriblər.
Tədbirdə Muğan Regional Mərkəzinin əməkdaşları tərəfindən regionda müxtəlif vaxtlarda keçirilmiş monitorinqlərin nəticələrindən bəhs edən fotoslaydlar nümayiş olunub, suallar cavablandırılıb.
Müşavirədə, həmçinin FHN-in regionda fəaliyyət göstərən qurumları ilə enerji, qaz və su təchizatı üzrə xidmətlər arasında razılaşdırılmış qarşılıqlı fəaliyyət planlarının icra vəziyyəti təhlil edilib.
İnteraktiv müzakirələr fonunda davam edən tədbirdə birgə fəaliyyətin daha da təkmilləşdirilməsi üzrə təkliflər səsləndirilib, geniş fikir mübadiləsi aparılıb və suallar cavablandırılıb.







