FHN-də Azərbaycan Gəncləri Günü ilə bağlı tədbir keçirildi
Fövqəladə Hallar Nazirliyi işçilərinin Həmkarlar İttifaqının təşkilatçılığı ilə 2 fevral - Gənclər Günü münasibətilə tədbir keçirilib.
Bu barədə Zeferinfo.az-a Fövqəladə Hallar Nazirliyinin Mətbuat xidmətindən məlumat verilib.
Azərbaycan Respublikasının Dövlət Himni səsləndirildikdən sonra tədbiri giriş sözü ilə açan FHN işçilərinin Həmkarlar İttifaqının sədri Mehman İsmayılov uğurla reallaşdırılan dövlət gənclər siyasəti və ölkə rəhbərliyi tərəfindən gənclərə göstərilən diqqət və qayğıdan söhbət açıb.
Sonra Fövqəladə Hallar Nazirliyi sistemində çalışan, vəzifə borcunu layiqincə yerinə yetirərək xüsusi fərqlənmiş 57 nəfər gənc əməkdaş Fövqəladə Hallar Nazirliyi işçilərinin Həmkarlar İttifaqı tərəfindən fəxri fərman və qiymətli hədiyyələrlə mükafatlandırılıb.
h.jpg)

