FETÖ ilə bağlı istintaq- 14 nəfər barəsində həbs qərarı çıxarıldı

Ankara Baş Prokurorluğu FETÖ terror qruplaşmasının “Hava qüvvələri komandanlığına” qarşı apardığı istintaq çərçivəsində bir neçəsi zabit olmaqla 14 nəfər barəsində həbs orderi verib.
Zeferinfo.az bu barədə Türkiyə KİV-lərinə istinadən xəbər verir.
Aparılan istintaqın gedişində şübhəlilərin təşkilatın “Hərbi Hava Qüvvələri Komandanlığında" “məxfi xidmətlər" adlandırılan quruluşun tərkibində olduqları, eyni zamanda, onların qanunsuz maliyyə fəaliyyəti ilə məşğul olduqları müəyyən edilib.
Şübhəlilərin Ankaradakı köşklərdə, ərzaq mağazalarında və supermarketlərdə yerləşən ödənişli telefonlar vasitəsilə təşkilatın "mülki imamları" ilə əlaqə saxladıqları müəyyənləşdirilib.
Barələrində həbs qərarı verilmiş şübhəlilərdən biri hal-hazırda xidmət edən, yeddisi təxris olunmuş zabitdir. Bundan başqa, həbs orderi siyahısında bir “mülki imam” və akademiyadan qovulmuş bir “kursantın” yer aldığı da deyilir.
Hüquq-mühafizə orqanları şübhəlilərin Ankara da daxil olmaqla, dörd vilayətdə saxlanılması istiqamətində əməliyyat aparır.